Reklam verin!

“BarKamp Azerbaycan 2008”- qeyri-Konfransında Azəriblog-la bağlı təqdimat oldub

Yazar: Fərhad @ Sentyabr 2, 2008 9:01

Lənkəran şəhərində Qala otelində “Barcamp Azərbaycan 2008” qeyri-Konfransı keçib, çox hey oldu ki bu konfransda mən iştirak edib və dostlarımla yaxından görişə bilmədim amma mən konfransda iştirak etməsəmdə, dostumuz Eyvaz Qocayev AzəriBlog sistemi haqda təqdimat verib.

AzeriBlog

Eyvaz bəydən təqdimat üçün təşəkkür edirəm. 

Xəbəri və əlavə şəkillər üçün Eyvazın blogına daxil olun. 

Elan: Barcamp Tiflis 2008

Yazar: Fərhad @ May 20, 2008 18:04
Barcamp Tiflis 2008 (7-8 İyun) dərhal sonra, Transition Online – beynəlxalq media təşkilatı iki günlük (9-10 İyun) yeni media sahəsində beynəlxalq təlim keçirəcək. Beynəlxalq səviyyəli ekspertlər yeni media sahəsindəki son yeniliklərlə bağlı – bloqlar, podkastinq, video bloqlar, RSS, sosial şəbəkələr və s. sahələrdə təqdimat və təlim keçirəcəklər. Bundan

əlavə biz son dəyişiklikləri  - bloqların KİV-ə, siyasi və sosial həyata təsiri barəsində danışacağıq, klassik KİV-dən misallar göstərəcəyik.

Azərbaycandan olan yalnız 6 iştirakçı üçün xərclər – yol, yemək və qalmaq pulu tam şəkildə ödəniləcək. Tiflisdəki Barcamp-də olan Gürcüstan və Ermənistan nümayəndələri də təlimlər üçün qalmaları tövsiyə olunur – onların bəzi yemək xərcləri ödəniləcək. Təlimlərin əksər hissəsinin Ingiliscə olduğunu nəzərə alsaq, İngilis dili bilikləri vacib sayılır. İştirak etmək istəyənlər bu linkə baxmalıdır: http://forms.tol.cz/form/24/. Son müraciət etmə tarixi: 28 May.  

Bütün suallarla bağlı TOL-un Qafqaz üzrə Layihə Meneceri Emin Hüseynzadəyə müraciət edə bilərsiniz: ehuseynzade@gmail.com Telefon: +99470 317 9070.

Layihə ABŞ-ın Milli İanə Təşkilatı və Açıq Cəmiyyəti institutu tərəfindən maliyyələşdirilir.
  Yazılar cəmi: 2