Reklam verin!

Sahil

Fərhad Əsgərzadənin şəxsi blogu

Virtual tanışlarım və sonra real dostlarım

Nəhayət ki, blog dünyasında olan arzularımın birinə artıq nail oldum! İlk dəfə olaraq Azərbaycan blogçularının görüşü baş tutdu və artıq bizlər, yəni blogçular bir-birimizlə yaxından tanış olduq.

Görüşün məqsədi blogçuların öz həmkarları ilə tanış olmaq idi və elə də oldu. İlk görüş olaraq görüş çox əla keçdi və təsəvvür etmədiyim sayda blogçu göruşdə iştirak etmişdilər. Əminəm ki, sonrakı görüşlərmizdə daha çox blogçu iştirak edəcək, inşallah

Görüşdə hansı istədiyim blogçulari gördum:

Mayis Musayev- Mayıs Musayev: Dostum Mayisi ilk dəfə olaraq bu görüşdə yaxından gördum. Ondan öncə yalnız blogda şərhlər və Yahoo Messenger vasitəsiylə əlaqə saxlamışdıq. Amma bu blogçular görüşü səbəb oldu ki, Mayisi yaxından görüm. Mayis elə fikrimdə olan şəxsdir. Səmimi və gülərüz! Mayis məni Tünzalə Ağayevin solo konsertinə dəvət etdi. Konserti heç bəyənməsəm də Mayisə bu dəvət üçün təşəkkür edirəm. Konsertdə digər Azəriblogçular da vardı!

 

Laçın Ələkbərov- Laçın Ələkbərov: Mənim hal-hazırda ən yaxın və ilk Azərbaycanda yaşayan dostumdur. Laçın dostum dağlar çapan qədər var. Bu neçə gündə Laçınla dəfələrlə göruşduk və çox şad oldum. Laçın ilk dəfə olaraq Azərbaycanda mühəndislər cəmiyyəti yaratmaq fikrindədir.O işi ilə çox məşğul olduqu üçün blogunda yeniliklərə vaxt ayıra bilmir. Laçınə bu dəyərli layihədə və digər işlərində uğurlar diləyirəm!

 

Şahsuvar HümbatovŞahsuvar Hümbətov: Mənim əziz və səmimi dostum. Demək olar Azərbaycanın ən güclü proqramçılarından biridir. Şahsuvar Oracle proqramında ən güclu peşəkardır və Azərbaycanda çoxlu proyektlər keçirdib və yaradıb. Şahsuvarla olan zaman insan heç vaxt darıxmaz. Şahsuvarın həmişəlik gülərüzü adama enerji verir.

 

Zahir Əzəmət- Zahir Əzəmət: müxtəlif xəbər saytları və qazetlərində aktiv olan dostlarımdan biri. Gündə azından 18 saat kompyuter arxasında olan şəxsin danışıqları və söhbətlərinin hamısı məlumatdır. Zahir bəy doğrudanda öz məlumatları ilə məni həddindən çox maraqlandırdı. Zahirlə yemək yeyib, çay içdik. Zahirin çoxlu dəyərli fikirləri var ki, inşallah hamısını əla surətdə reallaşdıracağıq. Təbii ki, əlimizdən gələn köməkləri edəcəyik!

Eyvaz Qocayev- Eyvaz Qocayev: çox şərif insandir bu Eyvaz. Necə Eyvazın blogında ən son xəbərləri bir yerdə tapmaq olar, bütün gözəl insani xəsiyyətləri də onun özündə cəm olaraq görmək mümkündür. Eyvaz mənim üçün bir-iki iş də gördü amma mənim vaxtım olmadığına görə Eyvazın zəhmətləri də hədər oldu. İnşallah sonralar istədiyimiz işləri bilikdə görəcəyik.

 

Rauf: Deyirlər ki gənclər hər ölkənin sərvətidir. Rauf da Azərbaycanın ən aktiv gənclərindəndir. Rauf Azəriblog sistemi ola-ola (Təbəssüm)   WordPress blog sisteminin azarkeşi olsa da, ən aktiv blogçuların biridir. Əgər bütün Azərbaycan gənclərinin Azərbaycana qarşı olan təəssübü Raufun İrəli Gənclər Hərəkatına qarşı təəsubkeşliyi qədər olsaydı indi Azərbaycanın 20% torpağı işğal altında olmazdı və ölkəmiz ən güclü ölkələrdən biri olardı. Raufun blogu neçə gündür Google Page Rankında 5-ci səviyyəyə yüksəlib. Bu münasibətlə Raufu təbrik edirəm. Və deyirəm o gün olsun ki, blogun 10 PR sahib olsun!

 

Aytekin Aliyeva- Aytəkin Aliyeva: Aytəkin Azəriblogun ən ciddi blogçularindan biridir. O göruşdə iştirak edən tənha qız blogçu idi. Çoxlu hərarətli və səmimiyyətlə göruşdə gedən söhbətlərdə iştirak edirdi və digər blogçularla tanış olmağa çalışırdı. Aytəkin ilə yaxından tanış olduğum üçün çox şad oldum. Ümidvarım ki, sonrakı görüşlərdə digər qız blogçular da  Aytəkin xanımın timsalında iştirak etsinlər.

 

Digər yaxından  tanış olduğum dostlar: Ən aktiv Bakı jurnalist gənci Turxan, Tələbələrə  bir virtual yığıncaq yığan Mürsəl, Gün gələcək hər kəs blogım haqqında danışacaq şuari olan Vuqar Baba, blogu sayta bənziyən və bloguna güclü imkanları lazım bilən Lyrics S.N. ,Bayraqdar, Maliyyə, Emin, Rəşad, Ramin DEKO və digər dostlar ki görüşdə iştirak etmişdilər və mən indi onların adların unutmuşam...

Bəzi istədiyim blogçular da görüşdə müxtəlif səbəblərə görə iştirak etməmişdilər: ən çox yaxından tanış olmaq istədiyim blogçulardan biri Vusal Məmədov idi. İnşallah ümidvaram ki, sonrakı görüşdə xeyli blogçular iştirak edərlər.

Yazar: Fərhad @May 4, 2008 23:00
Blog Dünyası | Şərhlər(5)
Baxış sayı: 146
Açar sözlər: görüş blogçular azerbaycan azeriblog 
Bookmark and Share

Blogçular arasında oyun!

Blog dünyasında olan fəaliyyətlərin sayı hesabı yoxdur. Digər ölkələrdə blogçular arasında çox maraqlı fəallıqlar olur. Həmçinin virtual olaraq oyunlar təşkil olunur.

Əziz və dəyərli dostumız Esma Nur (AzəriBlog sisteminin ən fəal blogçularının biri), blogçular arasında bir oyun təklif edib və ilk blogçu olaraq məni bu oyuna dəvət edib. çox şad olaraq oyunda iştirak edirəm və Esma Nurun verdiyi sualların cavabın yazıram:

1-Adın ve Soyadın: Fərhad Əsgərzadə

2-Təvəllüdün: 19/Mart/1976

3-Nə ile məşğulsan (sənet, peşə..)? işim internet ilə əlaqədardır. müştərilər və özüm üçün saytlar yaradıram :)

4-Harada yaşayırsan ve hansı şəhərdə yaşamaq istərdin? Mən indi Bakı-Tehran arasında  avara kimi yaşayıram! Bakıda yaşamaği istərdim.

5-Yaşam fəlsəfənizi təşkil edən sözərden, cümlələrdən biri? Çalışın ki bu gününüz dünən ilə fərqli olsun. (Yeni ki hər gün həyatınızda yeniliklər olsun)

6-Senin üçün blog nədir? Mənim üçün blog həyatdır, bir gün blogumu yoxlamasam o gün axşam yata bilmərəm :P

7-Həyatında nə qədər və necə bir yer tutur? - dediyim kimi blog mənim həyatımdır!

8-Neye göre blog yazırsan? blogu yazıram, çünkü orda mən azad bir yazaram! Və blogum mənim qəzetim və jurnalımdır. Hər nə fikirləşirəmsə, hansı mövzuda istəyirəmsə yazıram və kimsə mənə nə mövzuda yazmaği təklif etmir. bBlog mənim fikirlərim və baxışlarımdan ibarətdir. Ən əsası bunu digər insanlarla rahat şəkildə bölüşürəm. Blogum əslində mən özüməm. Mən özümü internet istifadəçilərinə istədiyim şəkildə çatdırıram.

Gördüyünüz kimi bu oyun 8 sual və onlara cavab yazmaqdan ibarətdir və blogçular bu oyunda bir-birini oyuna dəvət edə bilər. Oyun yalnız AzəriBlog istifadəçiləri üçün yox, bəlkə bütün Azərbaycan blogçuları arasında ola bilər. Oyun barəsində ətraflı məlumat üçün Esma Nurun yazısını oxuya bilərsiniz.

Məndə bu oyuna Vusal, MayısRaufu dəvət edirəm.  

Yazar: Fərhad @May 3, 2008 8:31
Blog Dünyası | Şərhlər(2)
Baxış sayı: 152
Açar sözlər: oyun blogçular azərbaycan blog 
Bookmark and Share

Türk Blogçulari hər yerdə!

İranda yaşayan soydaşlarımızın blogla marağlanan şəxsləri Fars dilində yaranmış blog sistemləri o cümlədən Blogfa, BlogSkyPersianblog sistemlərində blog yazırlar. Fars əlifbasi ilə Azəri dilində blog yazanların sayı elə də az deyil. (Maşallah deyım göz dəyməsin)

Bu sistemlərdə ən dəyərli və maraqli olan bloglar, Türkcə yazılan bloglardan ibarətdir. (əlbəttə mənə elə gəlir) Mən  Fars dilində olan bloglarında çoxun oxuyuram, amma nəsə məncə onların çoxunda dəyərli və faydali  yazılar tapmaq olmur. belə bloglar  umumən əyləncə movzusunda olurlar və boş  sözlər və şəkillərdən  dolub daşırlar.  tabii ki bəzi faydali və dəyərli bloglarda tapmaq olur və mən onların bəzilərilə artiq tanış olmuşam.

Türkcə yazılan bloglarda ədəbi və mədədniyyət movzularında ən dəyərli və faydali yazılar tapmaq olur. amma çox təəsüflər olsun ki bu blogların çoxu Fars (Ərəb) əlifbasi ilə blogların yazırlar və bu yazılari oxumaq bizim vətəndaşlar üçün imkansızdi.

Mən bu sistemlərdə olan aktiv Türk blogçulardan Azəri Blogda blog yaratmaq və ana dilimizdə blog yazmağ üçün dəvət edirəm. 

Yazar: Fərhad @Fevral 17, 2008 13:04
Blog Dünyası | Şərhlər(4)
Baxış sayı: 233
Açar sözlər: blogçular cənubi azərbaycan blog 
Bookmark and Share