İranda yaşayan soydaşlarımızın blogla marağlanan şəxsləri Fars dilində yaranmış blog sistemləri o cümlədən Blogfa, BlogSky və Persianblog sistemlərində blog yazırlar. Fars əlifbasi ilə Azəri dilində blog yazanların sayı elə də az deyil. (Maşallah deyım göz dəyməsin)
Bu sistemlərdə ən dəyərli və maraqli olan bloglar, Türkcə yazılan bloglardan ibarətdir. (əlbəttə mənə elə gəlir) Mən Fars dilində olan bloglarında çoxun oxuyuram, amma nəsə məncə onların çoxunda dəyərli və faydali yazılar tapmaq olmur. belə bloglar umumən əyləncə movzusunda olurlar və boş sözlər və şəkillərdən dolub daşırlar. tabii ki bəzi faydali və dəyərli bloglarda tapmaq olur və mən onların bəzilərilə artiq tanış olmuşam.
Türkcə yazılan bloglarda ədəbi və mədədniyyət movzularında ən dəyərli və faydali yazılar tapmaq olur. amma çox təəsüflər olsun ki bu blogların çoxu Fars (Ərəb) əlifbasi ilə blogların yazırlar və bu yazılari oxumaq bizim vətəndaşlar üçün imkansızdi.
Mən bu sistemlərdə olan aktiv Türk blogçulardan Azəri Blogda blog yaratmaq və ana dilimizdə blog yazmağ üçün dəvət edirəm.



