BlogCatalog (ya BlogKatalog) blogçular üçün sadəcə bir sosial şəbəkələşmədir. Bu sayt həmçinin internetdə ən böyük blog direktorudur. Əgər siz bloglar arasında axtarış üçün müraciət etsəniz, blogçular ilə birləşmək istəsəniz, blog yazmaq haqqında daha çox öyrənmək lazimdir və ya siz öz blogunuzu inkişaf edib və çoxlu ziyaratçı qazanmaq fikrindəsinizsə, BlogCatalog sizə bu yöndə yardımçı olacaq.
Bu saytda qeydiyyatdan keçib özünüzə bir hesab açın və hesabınızda blog və ya bloglarınızı qeyd edin. Bloglarınız Azərbaycan blogları direktorusuna əlavə olacaq və dünyanın hər yerindən Azərbaycan blogu axtaran şəxslər sizin bloguda nəticələrdə tapacaqlar.
Blogunuzun siyahıya əlavə olmağı blogun məşhur olınmasına və məşhur axtarış sistemi Google dən Page Rank (Səhifə səviyyəsi) qazanmağa da kömək edəcək.
Bundan əlavə saytda üzv olan digər blogçularla əlaqə saxlaya və özünüzə yeni blogçu dostu Azərbaycandan və ya digər ölkələrdən qazanacaqsınız. Və həmçinin bu sayt sizə bəzi Widgetlər verir ki, onu blogunuzda yerləşdirərək, sizin saytdakı profiliniz və digər fəaliyyətləriniz haqqında blogunuzun ziyarətçilərinə geniş məlumat verəcək.
Blog katalog saytında qeydiyyatdan keçmək üçün tiklayın.
Sistemdə hesab açandan sonra məni də öz dostlarınıza əlavə edin. Bloglarımızı saytda favoritəmizə əlavə edək və bloglarımızın rütbəsini bu sistem sayəsində çoxaldaq! (Mənim profilim)
Qeyd etmək lazimdi ki saytda Azərbaycanlı blogların sayının az olduğu üçün Azərbaycan dili blog dillərində mövcud deyil! (Erməni dili var). Mən saytın rəhbərinə bu barədə təklif göndərib, istəmişəm ki, Azərbaycan dilində blog dilləri siyahisina əlavə etsinlər. İnşallah bu yöndə uğurlu bir cavab alarıq.



