Reklam verin!

Rəşad Dağli Finalda şou tərk etdi

Yazar: Fərhad @ Fevral 6, 2008 23:34

Artiq maşın realiti şou mənim üçün bitdi! çünku əziz ve ən sevdiyim şəxs Rəşad Dağli finalda tab gətirməyib, «Maşın. Dəhşət» layihəsini tərk etdi.

Heyf oldu ki Rəşad maşına sahib ola bilmədi. Hazırda maşın uğrunda iki nəfər - Könül Kərimova və Rəşad Haşımov mübarizə aparırlar. amma mən bunların heç birin dəstəkləmirəm! 

Xoş getdin ay Yeganə xanım!

Yazar: Fərhad @ Fevral 3, 2008 11:28

Ay ürəyımdən hay verdi ötən gün əziz dostumuz Rəşad Dağli, Yeganə xanımi maşın realiti şoudan çixartdi və çox yaxşi olardi əgər Nigar Talibovani çıxardseydi!

Murad Dadaşov demişgən çox maraqlidi ki bir şəxs maşın realiti şouda 3 dəfə səs qazanmaq üçün çeçilir və səs qazanır. məncə kimsə başqa məşhur şəxs olsaydi 3 dəfə səs qazana bilməzdi, və yenə məncə bu gösdərir ki Rəşad Dağli necə populardi və onun fanatları necə onu sevirlər.

İnşallah bu axşam Könül Kərimova ya Nigar Talibovadan biri çıxacaq və final başliyacaq. Umidvarım ki Rəşad Dağli bu gəcə şoudan çıxmasın əgər o şouda final üçün qalsa, mütləq qalib olacaq.

Reşad Dağlı

Yazar: Fərhad @ Yanvar 30, 2008 9:33

Eşq olsun Reşad Dağlıya! Ötən gün maşın realiti şou da Reşad Dağlı səs qazandi  amma heyf olsun ki Nigar Talibovani çıxartmadi və Murad demişgən oyunda tək olan Rəhim Rəhimlini çixartdi!

Keçən verlişdə Murad Dadaşov çox çox Nigar Talibovanın tərəfin saxladi elə ki Hammı deydi Nigar belə deyib bizə söz verib amma Murad deyirdi ki Nigar demeyib! Bu muradın iki uncu səhvidi bu oyunda. ilk səhvi müğənni-rəqqasə Sevda əlin maşından çəkəndə oldu, Sevda çox səs toplayaraq Rəhim Rəhimlini “Maşın”dan uzaqlaşdırmaq istədi. Lakin bu an Vasif Məhərrəmli gözlənilmədən əlini maşınını üzərindən götürdü. Sevda isə “belə olan təqdirdə oyundan mən gedirəm”, - deyə bildirdi ,Murad oyunun şərtlərini pozdu və Murad Dadaşov Sevdaya növbəti dəfə şans verdi: “Sevda, qayıt, əlini maşının üzərinə qoy”. Vasif isə Sevdaya anasının canına and verdikdən sonra müğənni xanım əlini maşının üzərinə qoydu. Burada qəribə olan daha bir məqam Murad Dadaşovun özünün oyunun şərtlərini kobud formada pozması idi.

hər halda igid dostumuz Reşad səs qazandi və artıq maşin realiti şouda qaldi.

İnşallah maşını Rəşad aparacaq :) 

  Yazılar cəmi: 3