Reklam verin!

İnternet reklamında yeni bir rekord

Yazar: Fərhad @ İyul 4, 2008 18:26

Reklam - advertisment2008-cü ilin May ayında IABnın verdiyi raporta görə ABŞ-da internet reklamının qazancı 2007-ci ilə nisbətdə 25% artıb və 21.2 milyard dollara yetişib.

2006 və 2007-ci illərin internet reklam müqaisəsi əsasən 2006-cı ildə internet reklamının qazancı ABŞ-da 16.9 milyard dollar imış amma keçən ildən yəni 2007-ci ildə 21.2 milyard dollar olub və 25% yüksəlib. Və beləliklə internet reklamı müxtəlif vasitələrlə gedən reklamlar arasında keçən ilə nisbətən yüksək yerə nail olub və 287 Milyard dollarlıq reklam bazarından 21.2 Milyard dollara sahib olub.

2006-cı il ilə müqaisədə, Açar sözlər reklamı (Misal üçün Google şirkətinin tıqlama əsasən reklamı) 2007-ci ildə ən çox yüksəlişə nail olub. Və elanlar reklamı demək olar ki, azalıb. Həmçinin açar sözlər reklamı 41% internet reklamlarının qazancını özünə aid edib və ondan sonra Banner reklamı 21% ilə ikinci yerə malikdir. Ən maraqlı nəticə bu muqaisədə bundan ibarətdir ki, E-mail reklamı yalnız 2 % internet reklamlarından özünə aid edib!

2009-cu ildə internet yeni domen adları olacaq!

Yazar: Fərhad @ İyun 29, 2008 13:02

İnternet istifadəçiləri tezlikcə qadir olacaqlar öz saytları üçün yeni domen adları, misal üçün .love , .paris .bank kimi adlardan istifadə etsinlər.

Domain

Yahoo! saytının verdiyi xəbərə əsasən, internet Adlar və Saylar təyin edən Korporasiyası ICANN elan edib ki 2009 uncu ildə internetdə yeni Domain (Domen) adları olacaq.

Firefox3 və yükləmə Rekordi!

Yazar: Fərhad @ İyun 22, 2008 13:20

Firefox3İki-Üç gün Firefox3 boruzerinin Mozilla firması tərəfindən yükləməyə yerləşdirməkdən sonra, genə internet aləmində yeni bir rekord vuruldu. Bu rekordlar göstərir ki Mozilla firması məhsulının yeni versiyası (Firefox3) nə çox internet istifadəçilərinin diqqətini cəlb edib.

Bu səhifədə yerləşən dünya xəritəsində, hər hansı ölkədən  neçə dəfə Firefox3 yüklənilməsi nümayiş olub. bu yazı yazılan zamanda Azərbaycandan 1936 dəfə Firefox3 yüklənib. və yalnız bu neçə gün ərzində 16,383,250 dəfə (yazı yazılan zamanda) Firefox3 internet istifadəçiləri tərəfindən yüklənib.

Firefox3 imkanlarına baxanda, kimsə onu yükləyib və ondan istifadə edir, mütləq ondan razidır. məncə, çox yüksək imkanlar bu versiyada yerləşib və internetdə seyr etməyi istifadəçiyə çox ləzzətli edir.

Firefox3 10 ən çox yükliyən ölkə. 

Firefox 3

Firefox 3

Yazar: Fərhad @ İyun 18, 2008 9:27

Firefox3Əgər gündə neçə saat vaxtinız internetlə və müxtəlif saytlar və səhifələri seyr etməklə keçir, internetdən mükəmməl ləzzət aparmaq üçün Firefox3 yükləyin və istifadə edin. Firefox ilə və xususən onu  yeni versiyasilə fərqli internetdə seyr etməyi təcrübə edin. Göz vur

Firefox-un ən axırıncı buraxılışını yükləyin.

Yeni versiya daha yaxşı yükləmə menecerinə malikdır,  daha gözəl  baxış və dizayn, daha sürətli icra, yaxşı yaddaş işlənməsi və... Firefox-un yeni versiyasin digər brauzerlərdən neçə qat yaxşıdır və istifadə üçün tovsiyə olunur.

Saytınızın ən əhəmiyyətli səhifələri

Yazar: Fərhad @ Fevral 28, 2008 11:30

BiznesÖz şəxsi saytınız üçün hansı planları fikirləşirsiniz?  Ziyarətçılərin sizin saytdan informasiya və xidmətlərinizi rahatlıqla tapması üçün hansı stratejiləri nəzərinizdə saxlamısınız? Hər-hansısa mövzuda saytınızda materiallar varmi?
 
İnternetin ən yaxşi xüsusiyyətlərindən biri bundan ibarətdir ki, kiçik və balaca şirkətlərdə bəzi işləri görməklə internetdə böyük və məşhur şirkətlər kimi gözə görünmək mümkündür. Buna görə internet saytlarında bəzi səhifələrin əhəmiyyəti böyükdür ki, aşağıda bu barədə daha ətraflı söz açacağıq:

Haqqımızda:
Bu səhifədə şirkət barəsində və həmçinin onun məhsulları və xidmətləri barədə ən geniş məlumat yerləşdirin. Şuararabənzər cümlələrdən və ifadələrdən çəkinin və çalışın ki, qısa cümlələrlə şirkət barəsində məlumat verəsiniz.
Əgər bu səhifə üçün nəzərdə tutduğunuz məlumat çoxdursa onlari bir neçə bölumdə parça-parça yazın.

Proyektlərimiz:
Saytların ən əhəmiyyətli səhifələrin biri də bu səhifədir. Müştərilər üçün sizin şirkətin hansı işlər gördüyü və ya görəcəyi çox əhəmiyyətlidir.

Proyektlərin prosesi:
Müştərinin hər hansı bir proyektinizin istifadəsi zamanı o məhsulun nə zaman, necə və hansı yolla çatacağını bilməsi vacibdir.

Müştərilərin nəzəri:
Hər zaman müştərilər hər hansı bir məhsulun keyfiyyətinin və xidmətinin yaxşı olmağını arzulayırlar.Müştərinin inamını qazanmaq üçün ən səmərəli iş müçtərilərin fikir və düşüncəsinə uyğun bir səhifə hazırlamaqdır. Bunun üçün sizin müştəriniz olmuş insanların sizin məhsullar vı şirkətiniz barədə fikir və düşüncələri həmin səhifədə yerləşdirin. Əgər hansısa bir QHT və ya təşkilatın üzvüsünüzsə o təşkilatın logo və ya keçidini öz səhifənizdə yerləşdirin. Əgər şirkətiniz və yaxud məhsullara görə mükafatlarınız mövcuddursa onları da saytda nümayiş etdirin.

Məsləhətləşmək xidmətləri:
saytınızda hər hansı bir səhifəni də müştərilərə məsləhət vermək üçün ayıra bilərsiniz. Həmçinin məhsullar barədə də yazılar yerləşdirərək müştərinin işini rahatlaşmış olursunuz. Müştəri bəyəndiyi məhsulu seçdikdən sonra hər hansı bir formu dolduraraq sizə həmin məhsulu sifariş verə bilər. Sifarişi aldıqdan sonra müştəriyə cavab çəktubu ilə təşəkkür bildirməyi unutmayın!

Bizimlə Əlaqə:
Ziyarətçilərinizin və ya müştərilərin inamını qazanmaqdan ötrü hər zaman pzünüz və şirkət barəsində geniş məlumat yerlərşdirin. Belə ki, özünüzə məxsus olan ünvan və telefon nömrəsini saytda əks elətdirin. Və qeyd edin ki, bu ünvan və ya nömrə ilə hər an sizinlə əlaqə saxlaya bilərlər.

30 yaşın-un Altında top 20 İnternet Milyonerləri

Yazar: Fərhad @ Yanvar 11, 2008 17:52

Bilirsiniz ki, internet ən böyük pul-kredit bərabərləşdiricidir?  30 yaşın-un altında olan gənc internet milyonerlərinin bu siyahısını yoxlayın:

 

  1. Mark Zuckerberg [ Facebook ] 23 Yaşinda | $700M
  2. Andrew Gower [ Runescape ] 28 Yaşinda | $650M
  3. Blake Ross and David Hyatt [ Mozilla ] 22 Yaşinda | $120M
  4. Chad Hurley [ Youtube ] 30 Yaşinda | $85M
  5. Angelo Sotira [ Deviant ART ] 26 Yaşinda | $75M
  6. John Vechey [ PopCap Games ] 28 Yaşinda | $60M
  7. Alexander Levin [ WordPress ] 23 Yaşinda | $57M
  8. Jake Nickell [ Threadless ] 28 Yaşinda | $50M
  9. Sean Belnick [ Biz Chair ] 20 Yaşinda | $42M
  10. Kevin Rose [ Digg ] 30 Yaşinda | $31M
  11. Ryan Block [ Engadget ] 25 Yaşinda | $20M
  12. Aodhan Cullen [ Stat Counter ] 24 Yaşinda | $18M
  13. Tom Fulp [ Newgrounds ] 29 Yaşinda | $15M
  14. Rishi Kacker and Matt Pauker [ Voltage ] 24 Yaşinda | $12M
  15. Markus Frind [ Plenty of Fish ] 29 Yaşinda | $10M
  16. Catherine and David Cook [ My Year Book ] 17 & 19 Yaşinda | $10M
  17. Fredrik Neij [ The Pirate Bay ] 28 Yaşinda | $10M
  18. David Hauser & Siamak Taghaddos [ GotvMail ] 24 Yaşinda | $8M
  19. Jermaine Griggs [ Hear and Play ] 23 Yaşinda | $5M
  20. Jay Westerdal [ Domain Tools ] 29 Yaşinda | $5

 

  Yazılar cəmi: 6