Reklam verin!

Hadi Saei, Pekin olimpiadasının çampiyonunun blogu

Yazar: Fərhad @ Sentyabr 2, 2008 11:26

Hadi Saeiİndi İranda müxtəlif sahələrdə məşhur olan şəxslərin arasında, blog yaradıb və orda ürək sözlərin millətə yazıb çatdırmaq bir dəb olub.

Bu dəfə Hadi Saei, PersianBLog blog sistemində bir blog açıb vı orda yazıların və fikirlərin dərc edir. Hadi Saeinin blogının adı "Tehran Fərda" yəni "Tehran Sabah" dır. 

Hadi Saei İran Azərbaycanının Bostan Abad şəhərindəndir. Hadi Saei 2000-ci il Sidney olimpiadasında bürünc, 2004-cü il Afina olimpiadasında qızıl və 2008-ci il Pekin olimpiadasında qızıl medal qazanıb.

Məşhur şəxslərin bəziləri özləri üçün şəxsi blog açmasalarda, onların fantaları belə bir blog yaradıb və onlar haqda xəbərlər və materyallar yerləşdirirlər. Misal üçün Ali Daei adila açılan blog. 

Azərbaycan 0 - İran 1

Yazar: Fərhad @ Avqust 27, 2008 20:41

Futbol üzrə milli komandamız bu gün İranla qarşılaşdı və oyunda 1-0 hesabila məğlub oldu.

Tehranın «Azadi» stadionunda Bakı vaxtı ilə saat 19:30-da başlayan qarşılaşma da İran milli komandası 82 uncu dəqiqədə Mohəmməd Nuri təvəssütilə Azərbaycan qapısın açdı və oyun bu nəticə ilə sona çatdı. Daha öncə baş tutan 3 qarşılamanın heç birində millimiz qalib gələ bilməmişdi.

Çekme və Hicab

Yazar: Fərhad @ Dekabr 10, 2007 14:22

Havaların soyuması ilə əlaqədar olaraq İranda hicabla bağlı qaydalara əməl olunmasına nəzarət gücləndirilir! İranda qış fəslində polislər o qadınlar ki belə çekme ayaqabi geyirlər saxlandırırlar! Tehranın polis rəisi Əhmədrza Radan bəyan edib ki belə geyintilər Hicabla ziddi və kişiləri cinsi cəhətdən həvəsləndirir!!!

Yay fəslində İran polisi bədən üzvlərini qabardan dar mantolardan, yaxud bədən üzvlərini nümayiş etdirən nazik və qısa geyimlərdən, habelə saçları göstərən nazik yaylıqlardan istifadə edən və Hicaba lazımi qədər riayət etməyən qızları tutub polis idarəsinə apardıqdan sonra onların ailələri polis idarəsinə çağırıldi. Yalnız valideynləri öz övladları üçün normal və abırlı geyim gətirdikdən sonra onların qızları sərbəst buraxılırdi ...

İranda qadınlara, xüsusilə də gənc qızlara qarşı buna oxşar sərt tədbirlər hər il yay gələndə, havalar istiləşməyə başlayanda həyata keçirili amma bu ilk dəfədi ki qış fəslində polis hicaba tam riayət etməyənlərə qarşı mübarizə başlayıb!

İranın qadın polisləri

Yazar: Fərhad @ Oktyabr 30, 2007 16:27
  Yazılar cəmi: 4