Reklam verin!

BlogRolling nədir?

Yazar: Fərhad @ İyun 29, 2008 15:30

BlogRollingBlogRolling sizin blog və saytınız üçün keçidləri bir yerdə idarə etmək imkanın verən bir sistemdir.

Bəzi blog sistemlərində digər bloglar və saytların keçidlərin əlavə etmək üçün imkan yoxidi və ya yoxdur, və blog istifadəçisi hər bir blog ya sayta keçid vermək üçün blogın HTML kodlarında dəyişiklər etmək məcburiyyətində olurdu. bu problemi həll etmək üçün neçə il bundan öncə BlogRolling sistemi yarandi.

Bu sistemdə qeydiyyatdan keçəndən sonra, sisitemin kodunu (bir xət Java kodu) blogınızda yerləşdirməlisiz. həmçenin yeni bloglar və saytlara keçid vermək üçün bu sistemdəki hesabınıza daxil olmalısız. demək olar sistem çox sadədir və bir az İngilis dilin bilənlər sistemlə çox rahat işliyə biləcəklər.

Qeyd edim ki: indi AzəriBlogda keçid vermək üçün iki imkan var: biri Dost Bloglar adında, ki blogçulara imkan verir AzəriBlog sistemində olan blogları çox rahat surətdə öz bloglarına dost kimi əlavə edib, keçid versinlər. və digər imkan Keçidlər adında ki istifadəçilərə imkan verir, digər sistemlərdə olan bloglar və ya saytlara keçid versinlər. bunlar hamısı istifadəçi hesab panelindədır və digər saytda qeydiyyatdan keçib və keçidləri idarə etmək lazim deyil.

Bu imkanlar AzəriBlog sistemində ola ola BlogRolling sistemin blogımda təqdim etməkdən məqsədim nədir?

 Hot BlogsBlog rolling sistemi vasitəsilə sizlər digər dillərdə olan bloglar və saytlar ilə keçid dəyişə bilərsiz. blogınız yenilənən zaman digər saytlar və bloglarda bu sistemlə sizə keçid verən saytlarda sizin blogın yenilənməsi məlum olacaq. və ondan əlavə əgər sizin bloga bu sistem ilə çox keçid verilsə, blogınız bu sistemin ən isti blog siyahisinə əlavə olacaq. Blogın bu listdə əlavə olması səbəb olacaq ki gündə dünyanın müxtəlif ölkələrində minlərcə ziyaratçi sizin bloga daxil olsun və bu sizin bloga bir uğurdu.

Məndə blogımla bu sistemdə üzv olub neçə blogı listimə əlavə etmişəm və onlara keçid vermişəm kodu blogımda yerləşdirmişəm və keçidlər blogımda keçidlər bölümünün altında yerləşib. AzəriBlog istifadəçilərindən kimsə bu sistemdə üzv olan zaman mənə xəbərdarlıq etsin ki məndə onların blogların listimə əlavə edim və keçid verim və barter surətdə əlbəttə onlarda mənə keçid versinlər. beləliknən mən əminəm bizim bloglarımızın çox sayı bu siyahiyə düşəcək və bloglarımızın "Google Page Rank"i artacaq və blogımıza çoxlu ziyaratçi göndərəcək.

  Yazılar cəmi: 1