Reklam verin!

QUQUŞ BAKIYA GƏLİR

Yazar: Fərhad @ Oktyabr 30, 2007 16:12

GoogooshÇoxdandır səs-sorağı çıxmayan müğənni Yaqub Zurufçudan təzə xəbər var. Belə ki, müğənni yaxın günlərdə 50 illik yubileyini qeyd etməyə hazırlaşır. Tədbiri isə Azərbaycan Dövlət Filarmoniyasında keçirməyi planlaşdırır: “Xeyli vaxtdır solo-konsert verməyi planlaşdırıram. Mənə elə gəlir ki, artıq vaxt çatıb. İstəyirəm, pərəstişkarlarımı bir araya gətirim”.

Bu hələ son deyil. Müğənni söhbət əsnasında bildirdi ki, bir zamanlar “Ayrılıq” mahnısını birgə ifa etdiyi Ququş Bakıya gələcək. Bu işi öz üzərinə götürən Yaqub Zurufçu söylədi ki, Ququşu Azərbaycana gətirmək üçün külli miqdarda maliyyə vəsaiti tələb olunur: “Biz onunla bu yaxınlarda Amerikada yenidən görüşdük. ”Ayrılıq" mahnısının remiks variantını işləyib hazırladıq. Ququş buraya gəlmək istəyir, çünki o, özü də azərbaycanlıdır".

Zurufçu bildirdi ki, hazırda Ququşla danışıqlar aparılır. Yaxın zamanlarda musiqisevərlər onun ifasını dinləmək şansı qazanacaqlar: “Bu haqda açıqlama versəm, yaxşı alınmayacaq.

Həmişə dediyim sözün üstündə dayanmağa çalışıram. Yəni fəaliyyət göstərirəm ki, söylədiklərimi reallaşdırım. Yeri gəlmişkən, Ququş Azərbaycanı görmək üçün çox can atır”.

Uzun illərdir ABŞ-ın Los-Anceles şəhərində yaşayan, bununla belə, doğma Azərbaycan dilini unutmayan Ququş heç də boş oturmayıb. Y.Zurufçunun sözlərinə görə, müğənni təzə mahnılar üzərində işləyir, tez-tez konsert proqramları ilə çıxış edir".

Mənbə: Yeni Musavat qəzeti 

DAHA BİR QADIN MÜĞƏNNİ SOYUNDU

Yazar: Fərhad @ Oktyabr 16, 2007 14:17

Şou-biznes aləmində məşhurlaşmağın asan bir yolu da soyunmaqdır. Əgər müğənninin səsi yoxdursa, əvəzində gözəgəlimli əndamı varsa, soyunandan sonra da bir mahnıda deyildiyi kimi, açılır eşqin qapısı həmin müğənnilərin üzünə. Sponsor-sevgililər düzülür bir-birinin ardınca. Daha bundan sonra müğənninin nə dərdi olacaq?!

Aygün Kazimova“Soyunmaq siyasəti”ni şou-biznesimizə ilk dəfə əməkdar artist Aygün Kazımova gətirib. Xatirinizdədirsə, müğənni xanım bir müddət səhnədən uzaq düşsə də möhtəşəm dönüş elədi.

Təbii, bədəninin sayəsində. O, jurnalların üz qabığını çılpaq şəkilləri ilə bəzədi. Sonra zöhrəvi xəstəliklərdən qorunmaq üçün çəkilən reklam çarxlarının qəhrəmanına çevrildi. Bununla da Aygün Kazımova el arasında əməlli-başlı ad qazandı...

RöyaMaşallah, Röya da sələfindən geri qalmadı. Aygün Kazımova kimi kamera qarşısında soyunan Röya məşhurluğunun pik nöqtəsinə məhz bu yolla çatdı.

Bədənini xalqa nümayiş etdirən Röya sonralar mahnıları və mobil telefonlarda yayılan qeyri-adi mini-klipləri ilə də bayağı və səviyyəsiz musiqi pərəstişkarı olan primitiv qafalı musiqisevərlərin qəlbini “fəth” edə bildi.

Ziyafət YaqubovaBu günlərdə daha bir müğənni soyunmaq qərarına gəlib. Söhbət Muğam Teatrının solisti Ziyafət Yaqubovadan gedir. Özü barədə həmişə “ağır otur, batman gəl” qənaətini formalaşdıran Ziyafət Yaqubova da həmkarlarından geri qalmamağa çalışıb. İnsafən, alınıb da! Müğənninin “gözqamaşdırıcı” şəkli Trend.az saytında yerləşdirilib. Bu şəkli görəndə gözümüzə inanmadıq. Çünki bir neçə il öncə Ziyafət xanımdan müsahibə götürərkən o, israrla bildirmişdi ki, ömür-billah soyunmayacaq. Agentliyə açıqlamasında isə müğənni xanım beləcə də deyib: “İstəsəydim, tamamilə çılpaqlanardım”.

Bir balaca görkəmin olandan sonra niyə də soyunmayasan, ay Ziyafət xanım?! Onsuz da indi sənətə gələn müğənniləri musiqidən daha çox maddi vəziyyətlərini yaxşılaşdırmaq - böyük və cah-cəlallı malikanələrdə yaşamaq, bahalı avtomobillərdə gəzmək, bu paltarı soyunub o birini geyinmək maraqlandırır. Təkcə geyinməkmi? Bu suala cavabı onlar - müğənnilər versə yaxşıdır.

Mənbə: Yeni Musavat Qəzeti 

  Yazılar cəmi: 2