Reklam verin!

De Niro yeni Mafiya filminə çəkiləcək

Yazar: Fərhad @ Oktyabr 27, 2007 8:53
Robert De NiroƏfsanəvi aktyor Robert De Niro məşhur kinorejisor Maykl Manın mafiya barədə çəkəcəyi filmdə iştirak etməyə razı olub.

Yaxşı Oğlanlar və Kazino kimi qanqster filmlərinə görə ad çıxarmış, iki dəfə Oskar mükafatının sahibi olan De Niro və Man son dəfə 1995-ci ildə ekranlara çıxmış İsti filmində əməkdaşlıq etmişdilər.

Məhz həmin filmdə, ilk dəfə De Niro və Al Paçino eyni səhnədə iştirak etmişdilər.

Bu dəfəki filmin adı Frənki Məşindir. Film yazıçı Don Uinzlounun Frənki Məşinin Qış fəsli adlı kitab əsasındadır.

De Niro filmdə sabiq mafiya qanqsterini oynayacaq.

  Yazılar cəmi: 1