Reklam verin!

Namiq Qaraçuxurlu - Vətən Ovladlari

Yazar: Fərhad @ Yanvar 9, 2008 17:27
 Namiq Qarachuxurlu
 
Namiq Qaraçuxurludan exclusive bir musiqi!
 
Vətən Ovladlari 
 
vətən ovladları qalxın ayaqa
vətən ovladları qalxın ayaqa
Qoymeyun düşməni gəlsin qabağa 
 
 Musiqini Yükləyin 

Ürəkin zərbələrin öz əlinizdə hiss edin!

Yazar: Fərhad @ Yanvar 9, 2008 11:17

MobilBu yazıda Mobil üçün bir çox az həcmli musiqini təqdim edirəm. Onu diliyəndən sonra öz yaxın dostlarınızın ürək səsın öz əllərinizdə hiss edəcəksiniz. Mütləq soruşursuz necə?

 Bu musiqi ki sizə təqdim etmək istiyəm yalnız bir vibrədi! fikir elədiyiniz kimi elə səs deyil ki sizin mobilin Spikerlərindən çixsın! bu musiqini dinləmək üçün yalnız onu yükləyın ( yalnız 1 KB həcmdə) və onu öz mobilınızə gündərin və musiqini fəal edin.

İndi Mobilinizi əlinizdə saxlayın! mütləq sizə verilən hiss üçün çox həyəcanli olacaqsız!

Bu musiqi Soni Erikson Mobillərındə uğurla yoxlanılıb amma Nokya üçün əmin dəyiləm.

Əgər sizin mobilin bir işıqı varki şarj edəndə və ya batırısi bitəndə yanır, bu musiqini dinliyəndə o işıqada diqqətli olun, bun üçündə çoxlu həyəcanli olacaqsız.Göz vur

Musiqini buradan yükləyın. Yalnız 1 KB 

Ella ft Enver : Mən səni diyyə diyyə

Yazar: Fərhad @ Dekabr 17, 2007 20:38
Ella
 
Davamı...

DAHA BİR QADIN MÜĞƏNNİ SOYUNDU

Yazar: Fərhad @ Oktyabr 16, 2007 14:17

Şou-biznes aləmində məşhurlaşmağın asan bir yolu da soyunmaqdır. Əgər müğənninin səsi yoxdursa, əvəzində gözəgəlimli əndamı varsa, soyunandan sonra da bir mahnıda deyildiyi kimi, açılır eşqin qapısı həmin müğənnilərin üzünə. Sponsor-sevgililər düzülür bir-birinin ardınca. Daha bundan sonra müğənninin nə dərdi olacaq?!

Aygün Kazimova“Soyunmaq siyasəti”ni şou-biznesimizə ilk dəfə əməkdar artist Aygün Kazımova gətirib. Xatirinizdədirsə, müğənni xanım bir müddət səhnədən uzaq düşsə də möhtəşəm dönüş elədi.

Təbii, bədəninin sayəsində. O, jurnalların üz qabığını çılpaq şəkilləri ilə bəzədi. Sonra zöhrəvi xəstəliklərdən qorunmaq üçün çəkilən reklam çarxlarının qəhrəmanına çevrildi. Bununla da Aygün Kazımova el arasında əməlli-başlı ad qazandı...

RöyaMaşallah, Röya da sələfindən geri qalmadı. Aygün Kazımova kimi kamera qarşısında soyunan Röya məşhurluğunun pik nöqtəsinə məhz bu yolla çatdı.

Bədənini xalqa nümayiş etdirən Röya sonralar mahnıları və mobil telefonlarda yayılan qeyri-adi mini-klipləri ilə də bayağı və səviyyəsiz musiqi pərəstişkarı olan primitiv qafalı musiqisevərlərin qəlbini “fəth” edə bildi.

Ziyafət YaqubovaBu günlərdə daha bir müğənni soyunmaq qərarına gəlib. Söhbət Muğam Teatrının solisti Ziyafət Yaqubovadan gedir. Özü barədə həmişə “ağır otur, batman gəl” qənaətini formalaşdıran Ziyafət Yaqubova da həmkarlarından geri qalmamağa çalışıb. İnsafən, alınıb da! Müğənninin “gözqamaşdırıcı” şəkli Trend.az saytında yerləşdirilib. Bu şəkli görəndə gözümüzə inanmadıq. Çünki bir neçə il öncə Ziyafət xanımdan müsahibə götürərkən o, israrla bildirmişdi ki, ömür-billah soyunmayacaq. Agentliyə açıqlamasında isə müğənni xanım beləcə də deyib: “İstəsəydim, tamamilə çılpaqlanardım”.

Bir balaca görkəmin olandan sonra niyə də soyunmayasan, ay Ziyafət xanım?! Onsuz da indi sənətə gələn müğənniləri musiqidən daha çox maddi vəziyyətlərini yaxşılaşdırmaq - böyük və cah-cəlallı malikanələrdə yaşamaq, bahalı avtomobillərdə gəzmək, bu paltarı soyunub o birini geyinmək maraqlandırır. Təkcə geyinməkmi? Bu suala cavabı onlar - müğənnilər versə yaxşıdır.

Mənbə: Yeni Musavat Qəzeti 

  Yazılar cəmi: 4