
Röya - Eşqim
Röya yaxın aylarda adaxlısı Anarla ailə quracaq
Gəzən şayiələrə görə, qalmaqallar qəhrəmanı Röya yaxın günlərdə nikah masası arxasına keçəcək. Anar adlı birisi ilə sözlü olduğu söylənilən Röyanın fikrinin qəti olduğu bildirilir. Toy mərasiminin qarşıdakı aylarda olacağını və müğənninin toy tədarükünə başladığını eşidib xəbərin doğruluğunu öyrənməyə çalışdıq. Müğənninin mətbuat katibi Ülviyyə Alovlu Röyanın mövqeyini qısa cümlələrlə diqqətimizə çatdırdı.
Xəbəri nə təsdiq, nə də təkzib etməyən mətbuat əlaqələndiricisi məsələyə bu cür aydınlıq gətirdi: “Röya sevdiyi şəxslə xoşbəxt olduğunu bildirib. Lakin o, mətbuat nümayəndələrindən şəxsi həyatı ilə bağlı sual verməməyi xahiş edib. Son aylar şəxsi həyatının diqqət mərkəzində olduğunu nəzərə alaraq bu barədə geniş fikir söyləmək istəmir”.
Davamı...DAHA BİR QADIN MÜĞƏNNİ SOYUNDU
Şou-biznes aləmində məşhurlaşmağın asan bir yolu da soyunmaqdır. Əgər müğənninin səsi yoxdursa, əvəzində gözəgəlimli əndamı varsa, soyunandan sonra da bir mahnıda deyildiyi kimi, açılır eşqin qapısı həmin müğənnilərin üzünə. Sponsor-sevgililər düzülür bir-birinin ardınca. Daha bundan sonra müğənninin nə dərdi olacaq?!
“Soyunmaq siyasəti”ni şou-biznesimizə ilk dəfə əməkdar artist Aygün Kazımova gətirib. Xatirinizdədirsə, müğənni xanım bir müddət səhnədən uzaq düşsə də möhtəşəm dönüş elədi.
Təbii, bədəninin sayəsində. O, jurnalların üz qabığını çılpaq şəkilləri ilə bəzədi. Sonra zöhrəvi xəstəliklərdən qorunmaq üçün çəkilən reklam çarxlarının qəhrəmanına çevrildi. Bununla da Aygün Kazımova el arasında əməlli-başlı ad qazandı...
Maşallah, Röya da sələfindən geri qalmadı. Aygün Kazımova kimi kamera qarşısında soyunan Röya məşhurluğunun pik nöqtəsinə məhz bu yolla çatdı.
Bədənini xalqa nümayiş etdirən Röya sonralar mahnıları və mobil telefonlarda yayılan qeyri-adi mini-klipləri ilə də bayağı və səviyyəsiz musiqi pərəstişkarı olan primitiv qafalı musiqisevərlərin qəlbini “fəth” edə bildi.
Bu günlərdə daha bir müğənni soyunmaq qərarına gəlib. Söhbət Muğam Teatrının solisti Ziyafət Yaqubovadan gedir. Özü barədə həmişə “ağır otur, batman gəl” qənaətini formalaşdıran Ziyafət Yaqubova da həmkarlarından geri qalmamağa çalışıb. İnsafən, alınıb da! Müğənninin “gözqamaşdırıcı” şəkli Trend.az saytında yerləşdirilib. Bu şəkli görəndə gözümüzə inanmadıq. Çünki bir neçə il öncə Ziyafət xanımdan müsahibə götürərkən o, israrla bildirmişdi ki, ömür-billah soyunmayacaq. Agentliyə açıqlamasında isə müğənni xanım beləcə də deyib: “İstəsəydim, tamamilə çılpaqlanardım”.
Bir balaca görkəmin olandan sonra niyə də soyunmayasan, ay Ziyafət xanım?! Onsuz da indi sənətə gələn müğənniləri musiqidən daha çox maddi vəziyyətlərini yaxşılaşdırmaq - böyük və cah-cəlallı malikanələrdə yaşamaq, bahalı avtomobillərdə gəzmək, bu paltarı soyunub o birini geyinmək maraqlandırır. Təkcə geyinməkmi? Bu suala cavabı onlar - müğənnilər versə yaxşıdır.
Mənbə: Yeni Musavat Qəzeti



