Bu halda ki
AzəriBlog sisteminin istifadəçilərinin çox sayı
AəriBlog idarə heyəti tərəfindən sistemdə yeni stillərin əlavə olmaqın gözleyirlər, Bəzi
istifadəçilərimiz sistemin kodlarından istifadə edərək,
AzəriBlog sisteminə digər ölkələr və dillərdə mövcud olan blog sistemlərinin stillərin,
AzəriBlog sistemində istifadə etmək üçün dəyişib və
AzəriBlog istifadəçilərinə
bloglarında təqdim edirlər.
Bu yazıda yeri gəlmişkən
Hüseyn bəyin yaratdıqı blog və orda
AzəriBlog istifadəçilərinə təqdim etdiyi
stillər üçün təşəkkür edirəm və öz minnətdarlğımı bildirirəm.

Dünyanın Blog sistemlərinin stilləri barədə bir neçə mətləb yazıb məlumat verməyi lazim bilirəm. Dünyanın ən məşhur blog sistemləri o cümlədən
Blogger və
WordPress və həttə olkələrdə fəaliyyət göstərən blog sistemləri o cümlədən
Blogfa, sistemində istifadəçilər üçün çox saylı stil yaradıb istifadiyə vermeyiblər. Yalnız bir neçə sadə stil yaradıblar ki umum istifadəçilər onlardan istifadə etsinlər. Amma indi bu sistemlər üçün minlərcə stil internetdə tapılır! Bəs bunlar hardan gəlib?
Müxtəlif şəxslər və şirkətlər sistemlərin kodlarından istifadə edib sistemlər üçün gözəl və istifadəçi bəyənən stillər dizayn edirlər və pulsuz surətdə istifadiyə verirlər. Və buna görədir ki internetdə bu sistemlər üçün xeyli stillər tapılır.
İnternetdə sistemlər üçün stillərin çox olması, sistem sahibləri və blogçuların mənfəətinədir amma aya bu stilləri dizayn edənlərin qazanci nədən ibarətdir?
Stillərin alt hissəsində onu dizayn edənlər öz saytlarına keçid verib və özlərin reklam edirlər. (necə ki mənim blogımda var!) əgər dizaynlar gözəl və maraqlı olsa, stillərdən istifadə edənlərin sayı çox olacaq və xeyli bloglarda onların reklamları gedəcək. Və bu səbəb olacaq onların saytlarının ziyaratçısının sayı artsın və bu keçidlərlə saytlarının rütbəsi axtarış sistemlərində yüksəlsin. (Page Rank)
Belə bir məqsədə nayil olmaq üçün o sayt sahibləri əgər başqa curə reklam etseydilər xeyli pul sərf edəcəkdilər və reklamları belə daimi olmazdı, amma belə sistemlərə stil yaratmaqla çox rahat surətdə öz məqsədlərinə nayil olurlar. (halal olsun)
Bəzən bu sistemlərin pulsuz stillərinin altdaki keçidlərə diqqət edən zaman görünür ki dizaynerlərdən əlavə digər sahədə məşğul olanlar da sistemlərə stil yaradıblar ki onlarla bloglarda özlərin reklam etsinlər. yəni çox az pul verib dizaynerdən isteylər ki filan blog sistemi üçün stil dizayn etsin və onların adın dizayner kimi stilin altında yerləşdirsin. (misal üçün Mobil Operatorları, Hoetl sahibləri, firmalar və ...)AzəriBlog sisteminin kodları
məlumdur və onlardan istifadə edib bloglar üçün stil yaratmaq çox sadə və rahatdır, ümidvaram ki bizim istifadəçilərimiz (Onlarki bir az HTML bacarıqları var) özləri üçün istədikləri stilləri dizayn etsinlər. Və ümidvaram ki bizim ölkədə şirkətlər və firmalar
Day.az saytına reklam vermək müsabiqəsindən əl çəkib belə faydali və dəyərli işlərdə məşğul olsunlar və həmçenin Azərbaycan adın ucaldan layihələrə bir vətən sevər sponsor kimi dəstək olsunlar.