
Neçə gün bundan öncə bir blogu oxuyanda, blogun
bir yazısı mənə çox maraqlı gəldi. Yazar o yazısında web2.0 ilə hazırlanan saytların siyahısını yazıb və bildirib ki, bu məşhur web2.0 saytları hansı hostinq şirkətləri tərəfindən host olunur.
Demək olar ki, çox uzun bir siyahıdır və orda xeyli web2.0 saytları mövcuddur. Bu siyahıdan ən məşhur və populyar olan saytların bəzilərini mən ayırmışam və sizlərə təqdim edirəm:
Bloglarda: dünyanın məşhur blogları, o cümlədən
Mashable،
TechCrunch və
ReadWiteWeb blogları
MediaTemple vasitəsiylə host olunurrlar.
Sosyal şəbəkələri: bu sahədə olan bütün məşhur saytlar, öz şəxsi serverlərində host olunurlar.
MikroBloglar: Mikro blogların adı gələndə onların ən populyarı
Twitter gözə dəyir. Bu sayt
Verio şirkəti tərəfindən host olunur. Bu tip saytlardan
Pownce,
Calpop şirkəti və
Jaiku ,
Nebula şirkətində host olunurlar.
Blog sistemləri: blog sistemlərində,
WordPress sayti,
Peer1،
Layeredtech،
Rackspace və
SAVVIS şirkətlərində host olur.
Vox sistemi öz şəxsi serveri və
Sixapart və
Typepad şirkətləri tərəfindən host olunur.
Blogger, dünyanın ən məşhur və ilk blog sistemi tamamən
Google şirtkəti tərəfindən host olunur.
Xəbər paylaşma saytları: Digg sayti ki bu sahədə ən məşhur saytdır, öz şəxsi serverlərində yerləşir. Bu sahədə olan digər saytlar, o cümlədən
Reddit və
Mixx,
Servepath və
RackSpace şirkətləri vasitəsiylə host olurlar.
Keçid paylaşma saytları: bu sahədə olan ən məşhur sayt
del.icio.us-dır ki,
Yahoo şirkətinə məxsusdur və hostu oradadır. Mövzuda ikinci yerdə olan
StumbleUpon saytı
Internap və
Magnolia saytı isə
Servepath şirkətlərində host olurlar.
Foto saytları: bu sahədə olan ən məşhur saytlar yəni
Flickr və
Picasa da
Yahoo və
Google şirkətlərində host olurlar.