Reklam verin!

Sahil

Fərhad Əsgərzadənin şəxsi blogu

TürkBlog xoş gəldin

Turk BlogNəhayət TürkBlog təkmil oldu və artıq fəaliyyətə başladi. Bütün AzəriBlog imkanlari TürkBlogda var amma tekcə olan fərq, TürkBlogın dizaynıdır.

Ümidvarım ki TürkBlog Türkiyədə və digər ölkələrdə yaşayan terk milləti arasında tanınsın və inkişaf olunsun.

İndi vaxti çatıb ki yeni imkanları sistemlərə əlavə edim. AzəriBloga əlavə olunan imkan TürkBlog sisteminədə əlavə olacaq.

Sistemdə yeni imkanlar və dəyişikləri görmək vaxti artiq çatıb. yeni dəyişiklər və imkanlar bloglarda təqdim olacaq.

Bütün blogçularımıza uğurlar

 

Yazar: Fərhad @May 15, 2008 21:14
Blog Dünyası | Şərhlər(1)
Baxış sayı: 139
Açar sözlər: blog türkblog imkanlar 
Bookmark and Share

TurkBlog.com

Mən Azəri blog üçün çox zəhmətlər çəkdim və gecə günduz bu layihə üstə işlədim nəticəsizdə olsa, əlbəttə ki yenədə işliyəcəm, amma hər halda Azəri blog elə də ürəyimə yatan kimi Azərbaycanda alınmadi və bu mənə artiq aydınlıqla bildirdi ki Aznetin inkişaf olunmasına hələ çox qalır!

İndi 6 ay saytın fəaliyyətindən sonra təəsuflər olsun ki Slovakiyadan  Azəri Bloga girənlərin sayı Azərbaycandan çoxdu! əgər ki layihə məhz Azərbayca üçün yaranıb və milli blog sistemi adlanıb! məncə bunun səbəbi Azərbaycanda Azəri blogın istifadəçilərinin aktiv olmadıqlarıdi.  

Yadıma gəlir ki İranda PersianBlog  ilk Fars dilində blog xidməti verən sayt  5 il bundan öncə açılan zaman bizlər o qədər sevinirdik ki təssəvur etmək olmazdi.  O zaman Blogger kimi gücli blog sistemi varidi amma ilk İranda belə güclu blog sistemi yaranmaq bizi sevindirirdi. İndi Azərbaycanda çox güclu (güclu deyendə bəlkə bəzilər başa düşməsinlər amm digər saytlarla misal üçün Blogger ve WordPress lə müqayısə edəndə bilinər) ilk blog sistemi yaradıldi və çox keyfiyyətli imkanlar istifadəçilər qarşısında qoydu və çox da reklam oldu amma özünə layiq olduğu qiməti almadi. 

Əgər bəzi aktiv və zovqli blogçularımız ki hamısı mənim əziz dostlarımdılar olmasaydılar, çoxdan bu sayti baqlamışdım! çünku saytın mənə maddi cəhətdən zərərdən başqa heç nəyi yoxdu!

Amma indi bu gözəl sayti yaratmışam və belə zirvəli imkanlarla bəzəndirmişəm (yeni imkarlda sayta ən qısa zamanda əlavə olacaq) Aya mən bu işimdən heç nə qazanmiyacam? 

Niyə başqa fikrim var və inşallah 5-10 gün ərzində reallaşacaq. mən TürkBlog.com layıhəsin yaradacam. və Türkiyə üçün Türk dilində təqdim olunacaq. Türkiyədə blog saytlari var misal üçün BlogcuBenimBlog, və digər saytlar amma bunların heç biri Bizim blog sistemin xidmətlərilə və imkanlarıla reqabət edə bilməzlər. və mən əminəm ki TurkBlog layıhəsi Türkiyədə çox güclu sürətdə alınacaq. 

Hər nə olsa Türkiyədə net çoxdan inkişaf olunub və millət geniş sürətdə internetdən müxtəlif zəminələrdə istifadə edirlər. və oradaki  gənclər Blog kimi yeni şeyləri bizlərdən neçə qat çox başa düşürlər.

Əziz dostlar və dəyərli istifadəçilər: Əgər əlinizdən gəlirsə Azəriblogın Azərbaycanda tanınması üçün addımlar atın. buna görə sizə dərin minnətdarlığımi bildirirəm. Hammınıza  uğurlar 

Yazar: Fərhad @Yanvar 30, 2008 10:44
Blog Dünyası | Şərhlər(8)
Baxış sayı: 341
Açar sözlər: turkblog türk blog 
Bookmark and Share