Reklam verin!

Vətənpərvərlik

Yazar: Fərhad @ Fevral 13, 2008 9:48

Çox təəsüflər olsun ki 20 faizi Ermənilər tərəfindən işğal edilmiş ölkənin telviziyasında vətənpərvərlik verilişlər yerinə günbəgün boş boş şou biznes adli şou bıraxışlari nümayiş olunur!

Şou biznes pis deyil və bu sahədə fəaliyyət etmək və uğurlar qazanmaq lazimdi və təbii ki ölkədə elə verlişləri sevənlərdə vardi amma hər kanadla 2-3 şou verlişi ölkəmizin belə vəziyyətində, elədə yaxşi deyil. 

Nə yaxşi olardi ki ölkə igidləri üçün televiziya kanallarında belə ən maraqsız verlişlər yerinə, gənclərin vətənpərvərlik və qəhrəmanlıq hisslərini aşılamaq və vətənə sevgi yaratmaq üçün verlişləri olardi. 

İşğal olunmuş əraziləri azad etmək ölkə başçılari dedikləri kimi, sözdə çox asan gəlir amma məncə əgər belə asan olsaydi bəs niyə bu 10-12 ildə biz topraqlarımızı azad edə bilməmişik?

Azərbaycan hər cəhətdən Ermənistandan başdi amma gərək səbəb tapılsın ki niyə biz topraqlarımızı azad edə bilmirik! 

  Yazılar cəmi: 1