Artıq bir həftədir ki, XəbərNamə saytı fəaliyyətə başlayıb. Bu bir həftədə mənim dəyərli dostlarım öz bloglarında və saytlarında XəbərNaməni AzNet istifadəçilərinə tanındırmaq üçün çox zəhmətlər çəkdilər və bu barədə bloglarında yazılar yazdılar. Həmçinin XəbərNamə saytının reklamını bloglarında yerləşdirdilər. XəbərNaməni işə salıb və saytına artıq inkışafında kömək edənlərin hamısına dərin minnətdarlığımı bildirirəm.
Amma bilmirəm niyə və nə səsəbə görə o cür ki, arzulatırdım alınmadi. (inşallah bəlkə bir neçə vaxtdan sonra alındı) Saytın əsas məqsədi AzNetdə fəaliyyət göstərən bloglar və saytların yazılarına keçid verib reklam etmək olsa da blogcularımız və sayt idarə edənlərin bu barədə aktiv iştirak etməklərindən bir şey görmədim. Yalnız bir iki nəfər gəlib öz bloglarının yazılarına keçid verib saytdan çıxırlar amma digər saytlara keçiddən və digər göndərilən xəbərlərə səsdən bir xəbər yoxdur! Başa düşə bilmirəm ki, bir neçə blog və saytın xəbərlərin göndərməklə və digər istifadəçilərin xəbərlərinə səs verməklə nə qədər vaxt sərf edirlər ki, belə asan və rahat işləri saytın aktiv olmaği üçün etmirlər.
Əminəm ki, qısa zamandan sonra sayt istədiyimiz səviyyəyə qalxar və bütün internetdən istifadə edənlər onun həqiqi məqsədini tanımaqla saytda geniş fəaliyyət göstərərlər.
Bu gün bir blog açdım! Mübarək olsun! Bəlkə də deyəcəksiz ki, bu qədər işdən necə vaxt ayırıb başqa bir blog da açırsan? Onu deyim ki, bu blogu açmaqla istədim bəzi dostlar və istifadəçilərimizə bildirim ki AzəriBlogun imkanlari necə User Friend (İstifadəçi sevən)di. Bir az kodları dəyişməklə fərqli blog və jurnal yaratmaq olar. Yeni blog Klip adındadır və Azərbaycana aid video kliplərini cəmləmişəm. AzəriBlog sisteminin kodlarından fərqli surətdə istifadə etməklə misli görunməyən blog səhifələri yaratmaq mümkündür. Uğurlar!




